|
ABŞ-ın öyündüyü "F-35"lər də "brak" çıxdı - Türkiyə təzminat davası aça bilər

Vaşinqton özünün NATO-dakı müttəfiqinə qarşı haqsızlıq etməklə onu hərbi təyyarələr istehsalına “vadar edir”; ekspertlər deyir ki...

Uzun müddətdir Türkiyə ilə ABŞ arasında gərginliyin davam etməsinə səbəb olan "F-35" hərbi təyyarələrilə bağlı ilginc məlumat yayılıb. Bildirilir ki, Belçika Ordusunun ABŞ-dan sifariş etdiyi "F-35" təyyarələrinin xətalı olduğu ortaya çıxıb.

Təyyarələrin, müharibə üçün yararlı olmadığı, pilotları təhlükəyə salacağı bildirilib. Publika.az xarici mətbuata istinadla xəbər verir ki, Vaşinqton mərkəzli POGO müstəqil araşdırmalar qrupu tərəfindən imzalanan hesabat ABŞ MN-ə təslim edilib. 14 səhifəlik hesabata görə, “F-35"lərdə çox sayda çatışmazlıqlar var. Təyyarələr, istismar standartlarını qarşılamadığı kimi , dözümlülük testlərini də keçə bilməyib. Araşdırmalar nəticəsində, istifadə edilən təyyarələrdə çatların meydana gəldiyi də məlum olub. Qeyd olunur ki, Belçika, 34 ədəd F-35 təyyarəsi üçün 4 milyard avro məbləğində bir dəfəlik ödəmə etmişdi.

Xatırladaq ki, Türkiyə hökuməti də F-35 almaq üçün ABŞ-la neçə müddətdir danışıqlar aparırdı. Ancaq Türkiyəni Rusiya ilə hərbi əməkdaşlıqda ittiham edən Pentaqon həmin təyyarələri Ankaraya satmaqdan imtina edir bu günədək. ABŞ öz hərbi sənaye kompleksində F-35-lərlə öyünürdü. Belə olan halda təzminat davası açıla bilərmi? Bu situasiyanı necə dəyərləndirmək olar?

İrəvan xanlığının bayrağından imtina olundu, çünki... - Qafar Çaxmaqlı

Qafar Çaxmaqlı

Türkiyənin Erciyez Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı bildirdi ki, F-35-lərlə bağlı Türkiyə ilə ABŞ arasında qeyri-müəyyənlik hələ də davam edir: “ABŞ Türkiyənin haqqı olan və hətta pulunu ödədiyi bu təyyarələri Türkiyəyə verməməklə qardaş ölkənin apardığı siyasətin dəyişdirilməsini, konkret olaraq Rusiyadan aldığı S-400-lərdən imtina etməsini istəyir. Türkiyənin haqqı var ki, buna görə təzminat davası açsın, milyardlarla pulunu geri alsın. Bu istiqamətdə, bildiyimə görə müəyyən fəaliyyət də vardır. ABŞ hətta Səudiyyə Ərəbistanı ilə də belə bir problem yaşamaqdadır. F- 35- lərin başqa ölkələrdə də gərginliyə səbəb olması ABŞ-ın öyündüyü bu təyyarələrin gələcək taleyini həll edəcək”. Ekspert onu qeyd etdi ki, bu təyyarələrin istehsalında bir neçə ölkənin iştirakı var: “Əgər onlar da bu proyektdən çəkilsələr, F-35 böhranı yaşana bilər. Bu da önəmli ölçüdə dövlətlərin siyasətinə və diplomatiyasına təsir edəcəkdir. Türkiyə hər zaman bildirib ki, F- 35 onun əsas məqsədi deyil, ölkənin güvənliyini təmin etmək üçün alternativlər mövcuddur. Baxın, bir çox silahların satışında Türkiyəyə edilən haqsızlıqlar ona gətirib çıxarmışdır ki, qardaş ölkə özü öz silahlarını istehsal etməyə və onları modernləşdirməyə başlamışdır və artıq Türkiyənin hərbi sənayesi hansısa ölkədən asılı deyil. ”Bayraqdar" örnəyini göstərə bilərik".

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır" »  Azərbaycanın xəbər portalı - NEWS24.AZ

Elxan Şahinoğlu

“Atlas” Arasdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, bu cür hallarda təzminat davası açıla bilər: “Çünki Amerika Türkiyəyə söz vermişdi ki, ona hərbi təyyarələr satacaq. Sonra bəhanə gətirdi ki, guya Rusiya Türkiyədən C-400 raket sistemlərini aldığı üçün ona bu təyyarələri sata bilməz. Halbuki həmin o hərbi təyyarələrin bir hissəsi Türkiyədə istehsal olunurdu və Türkiyəyə satılmalı idi. İndi bu məsələ havada qalıb”. E.Şahinoğlu onu da vurğuladı ki, Türkiyə ümidini itirmir: “Ankara hesab edir ki, Bayden hökuməti ilə bununla bağlı danışıqlar aparacaq. Ancaq Baydenin də fərqli siyasət yürüdəcəyini düşünmürəm. Sanki Türkiyəni də bu yolla cəzalandırmağa çalışırlar. Halbuki ABŞ-ın NATO -dakı müttəfiqinə qarşı bu cür siyasəti Türkiyəni Rusiyaya yaxınlaşdırır. Bu isə heç Amerikanın da maraqlarına uyğun deyil”.

Politoloq qeyd etdi ki, Türkiyənin alternativ yolu var: “ABŞ hərbi təyyarələrin satışından imtina edəcəyi halda, Türkiyə özü istehsala başlayacaq. Onsuz da Türkiyə təyyarə mühərriklərinin istehsalına başlayıb. Bəlkə də bu, Türkiyə üçün daha faydalı olacaq ki, hərbi təyyarələri özü istehsal edəcək və heç kimdən asılı olmayacaq”.

Ekspertin fikrincə, bu, Azərbaycan üçün də faydalı perspektivlər vəd edir: “Azərbaycan da birgə istehsalda iştirak edə bilər. Eyni zamanda həmin təyyarələrdən gələcəkdə biz də faydalana bilərik”.