|
"Qafqaz əmiri" -
Dağıstan Respublikasında keçirilən xüsusi əməliyyat zamanı “Qafqaz əmirliyi” qruplaşmasının rəhbəri Əliasxab Kebekov öldürülüb.

 “RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə Milli Antiterror Komitəsinin yaydığı xəbərdə deyilir.

Gerey-Avlak qəsəbəsində keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Doku Umarovun xələfi sayılan A. Kebekovdan başqa cinayətkar qruplaşmaların başçıları Şamil Hacıyev və Ömər Maqomedov qətlə yetirilib.

Cia.az