|
Yeni mövsümün trendi: sarı -

Sarı bu yazın əsas trendlərindən biridir. Dizaynerlər öz kolleksiyalarında günəş sarısından istifadə edərək pozitiv düşünməyə və dünyaya parlaq rənglərlə baxmağa çağırır.

Yeni mövsüm kolleksiyalarında cücə rənginə hər yerdə; kostyumlarda, romantik mini ətəklərdə, şıq eynək çərçivələri, idman büstqalterləri, seksual topuqlu ayaqqabılar, aksessuarlarda da rast gələ bilərsiz. Bu mövsüm başdan ayağa sarı geyinmək riski haqlı hesab olunacaq. Bu sezon sarı sandal ayaqqabılar ağ, göy, qırmızı ətəkləri bəzəyəcək.

Bu yaz sarı çantasız yaşanmaz. Başdan ayağa sarı geyinməkdən çəkinirsizsə, sarı çanta stilinizin tam mərkəzində olacaq. Sarı aksessuarlarla isə adi bir günü bayrama dönüşdürə bilərsiz. 

Cia.az