|
Dərini canlandıran maska

Xanımların mütəmadi makiyajdan istifadə etməsi dərinin canlılığını itirməsinə səbəb olur.

Axşam.az üzünüzün daha canlı görünməsi üçün maskanı təqdim edir.

Bir çay qaşığı zəncəfil tozu, 1 yemək qaşığı aloe vera jeli, 1 çay qaşığı qəhvə və 1 çay qaşığı balı qarışdırıb alınan  məhlulu üzünüzə çəkin. On beş dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın. Maskanı həftədə iki dəfə istifadə edə bilərsiniz.