|
Fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur - RƏSMİ

Fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

“Fevralın 1-dən qrupda 10 nəfərdən artıq olmamaqla repetitor xidmətlərinin fəaliyyəti bərpa oluna bilər”.