|
Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçirilə bilər

Biz müəllimlərin işə qəbulunun bölgələrdə də keçirilməsi təcrübəsindən yararlanmaq istəyirik.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, bu, sıxlıq və idarəetməni də asanlaşdıra bilər.