|
15 illik küslülük bitdi - Fotolar

9 il sonra ekranlara qayıdan və yenə də reytinq toplayan “İbo Şou” verilişində duyğu dolu anlar yaşanıb.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, verilişə dəvət olunan müğənni Ebru Yaşar həmkarı İbrahim Tatlıseslə barışıb.

 

Bununla da onlar arasında 15 il davam edən küslülük sona yetib.

Ebru Yaşar “bu gün həyatımın ən həyəcanlı günü idi. Bəlkə də səni 15 il sonra yenidən görməyin həyəcanı idi bu” sözləri ilə proqramdakı hərkəsi duyğulandırıb.