Son günlər ölkə üzrə baytarlıq apteklərində aparılan yoxlamalar bir çoxları üçün gəlir mənbəyinə çevrilib. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, artıq rayonlarda bu yoxlama məsləsi bir çoxlarına qazanc yeri olub. Elə bu səbəbdəndir ki, Beyləqanda artıq ilk «məzənnə» də qoyulub.
Həmin məlumatda qeyd olunur ki, Beyləqan rayonunda fəaliyyət göstərən bir neçə baytarlıq apteki bağlanılıb. Onların açılması üçün isə 50 min dollar pul istəyirlər.
JAM.AZ xəbər verir ki, rayonda problem bununla da bitməyə bilər. Bildirilir ki, Beyləqanın icra başçısı Vaqif Abdullayevin baytarlıqdan başqa, digər aptektlərin də bu şəkildə «bağlanılıb», «açılması» barədə tapşırıq verəcəyi gözlənilir. Məqsədin isə daha çox pul qazanmaq həvəsi olması göstərilir.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
