Heydər Əliyev Sarayında xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın konserti keçirilib.
CİA.Az-ın AzərTAc-a istinadən məlumatına görə, “Bir bahar axşamı” adlı konsertdə ifaçı müxtəlif dillərdə mahnı və romans janrına üstünlük verib.
Konsertdə yeni mahnılar səsləndirən müğənnini ilk dəfə olaraq Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində yaradılan estrada-simfonik orkestri müşayiət edib. Orkestrin dirijoru Azər Allahverdiyev, bədii rəhbəri bəstəkar və pianoçu, əməkdar artist Salman Qəmbərovdur.
Konsertdə hər bir mahnı üçün ayrı-ayrı klip formasında videoçarxlar nümayiş olunub.
