|
"Heç bir qız kasıb oğlana ərə getmək istəməz" - Pərvin qalmaqal yaratdı

"Heç bir qız kasıb oğlana ərə getmək istəməz. Nə qədər sevsə də, getməz”.

Musavat.com xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abiyeva sosial şəbəkədə açdığı canlı yayımda deyib. Aktrisa “Kasıb oğlana ərə gedərsiniz” sualına belə cavab verib:

“Hansısa oğlan deyirsə kasıbam, günahı onda görürəm. İnsan fərasətli olmalı, tutduğunu qopartmalıdır. “Kasıbam, kasıb ailədə doğulmuşam” deyib, kənara çəkilməyin. Kasıb ailədən çıxıb, milyonçu olanlar var. İndiki milyonçuların əksəriyyəti əvvəl kasıb olublar".

Aktrisanın sözləri müzakirələrə səbəb olub. O, fikirlərinə görə tənqid olunub.