|
Doğuş biznesə başladı: “6 aydır bu iş üçün çalışıram”

Aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, türkiyəli müğənni Doğuş yeni biznesə başlayıb.

Musavat.com xəbər verir ki, müğənni Türkiyədə özünə aid olan kosmetik vasitələrin satışına başlayıb.
"Bu sahədə böyük səs gətirəcəyimə inanıram. 6 aydır bu iş üçün çalışıram. Xaricdəki firmalarla işləyirəm. Qadın və kişi ətri hazırlayacağıq. Keyfiyyət mənim üçün önəmlidir və ucuz olmağı üçün əlimdən gələni edəcəyəm" ,-deyə Doğuş bildirib.