|
KXDR sualtı ballistik raketini təqdim edib

KXDR-in paytaxtı Pxenyanda Koreya İşçi Partiyasının səkkizinci qurultayı şərəfinə təntənəli hərbi parad keçirilib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi bildirib.

Məlumata əsasən, paradda, xüsusilə strateji sualtı ballistik raketlər təqdim edilib:

Bildirilib ki, parad KXDR lideri Kim Çen Inın iştirakı ilə Pxenyanın mərkəzində Kim İr Sen meydanında keçirilib. Tədbirdə, həmçinin taktiki raketlərin və özüyeriyən artilleriya qurğularının ən son nümunələri nümayiş olundu.