|
Trampa “ən sağlam prezident” arayışı verən həkim öldü

ABŞ-ın hazırkı prezidenti Donald Trampın şəxsi həkimi Harold Bornsteyn 73 yaşında vəfat edib.

Azvision.az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb. Lakin həkimin ölüm səbəbi açıqlanmayıb.

​Xatırladaq ki, Bornsteyn 2015-ci ildə Trampın seçki qərargahının onun imzaladığı arayışı dərc etməsindən sonra məşhurlaşmışdı. Arayışda deyilirdi ki, Trampın qan analizi sadəcə möhtəşəmdir, özü çox güclüdür. Onun fikrincə, Tramp ABŞ tarixində ən sağlam prezidentdir.