|
Türkiyə Şimali Kiprə iyirmi min “Sinovac” vaksini göndərib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Çindən alınan “Sinovac” vaksinindən 20 min doza Şimali Kiprə göndərib.

AZƏRTAC xəbər verir ki, artıq göndərilən “Sinovac” vaksini Ercan Hava Limanına çatıb. Bildirilir ki, Şimali Kiprdə kütləvi vaksinləşdirmə yanvarın 15-də başlaya bilər. Kipr adasının türk hissəsində əhalinin ən azı altmış faizinin koronavirusa qarşı peyvəndlənməsi nəzərdə tutulur.