|
Qənirə Paşayevaya üzərində şəhid qanı olan bayraq hədiyyə olundu

Türkiyədə Qəzetçilər Cəmiyyətinin keçirdiyi tədbir zaman Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyi sədri Güngör Yavuzaslan Türk dünyasının müxtəlif bölgələrində türk milləti mənsublarının üzləşdiyi acılar, birlik və bərabərliyimizi gücləndirmənin önəmi barədə çıxışından sonra mənə bir əmanət etibar edilib və onu burada hər kəsin önündə millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeya verməmi istəyiblər deyərək Qənirə Paşayevanı səhnəyə dəvət edib və İraq Türkmənlərinin bayrağını ona təqdim edərək deyib.

”Bu bayrağın üstündə İraqlı türkmən şəhidlərin qanı var. Irak Türkmen Cephesi Lideri ve Kerkük milletvekili Erşat Salihi Qənirə xanıma salmaları ilə bərabər bu bayrağı da göndərdi. Bu şərəfli bayraq qəhrəman İraq Türkmənlərinin Qənirə xanıma hədiyyəsidir. Çünkü o getdiyi hər yerdə Türkmənlərin səsi çatdırır, haqlarını qoruyur və müdafiə edir. Beynəlxalq aləmdə Türkmənlərin də səsini duyurur, onların da tapdalanan haqlarını görün və müdafiə edin deyə çağırışlar edir. Bunu görmək, eşitmək istəməyənlərin, duyarsız qalanların olduğu beynəlxalq torpantılarda o cümlədən AŞPA-da səsləndirir. Bilirsiniz Oğuz türkləri töresində bayraq hər kəsə verilməz. Qənirə Paşayeva bu gök bayrağı fazlasıyla hak etti” Bayrağı alan Qənirə Paşayeva çox duyğulanıb və bayraq üçün təşəkkürünü bildirərək bayrağı öpüb və biz neçə illərdir Iraqda canı-canımızdan, qanı-qanımızdan olan ı türkmən qardaş-bacılarımızın acılarını da ürəyimizdə hiss edirik deyib. O, İraq türkmənlərinin uzun illərdir yaşadığı ağrı-acılardan, üzləşdiyi ciddi problemlərdən və bu gün çox ağır vəziyyətdə olmalarından danışaraq bütün Türk dünyasını, dövlər və toplumlarını, diaspor təşkilatlarını İraq və Suriya türkmənlərinin yanında olmağa, dəstək verməyə, dünyaya onların səsini daha çox duyurmağa çağırıb. Bu gün İraqda və Suriyadakı türkmə qardaş-bacılarımızın bizim dəstəyimizə daha çoh ehtiyacı var deyən milllət vəkili Qənirə Paşayeva bir sıra beynəlxalq təşkilatların onlara münasibətdə ikili standartlarından da danışıb. “Iraq Türkmənlərini, qardaş-bacılarımızı burdan salamlayıram. Erşat bəyi və bütün Türkmənləri burdan salamlayırıq. Birlik, bərabərliyimiz, qardaşlığımızı bu coğrafyada əl-ələ verərək birlik, bərabərlik içində mükəmməl etməliyik ki, insanlarımızı axan gözyaşları bitsin. Artıq analarımız ağlamasın. Bu bölgədə gücümüzü, birliyimizi daha da artırmalıyıq ki, insanımıza, millətimizin mənsublarına qarşı haqsızlıqlara qarşı daha güclü mübarizə apara bilək. Bölgəmizdə xaricdən oynanmaq istənən oyunların hər bir insanımız fərqində olmalıdır. Çünkü bu oyunların bədəlini bu torpaqlarda yaşayan bizim insanımız ödəyə bilər. Çox acı çəkdik və artıq bu oyunlara izin verməmək üçün birliyimizi, bərabərliyimizi daha da artırmamış lazımdır. Türk dövlət və toplumlarından olan siyasətçi, yazar, şair, sənətçi, aydınlar topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə bir bizi-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”. Bu gün Türk dünyasının mütəlif bölgələrində o cümlədən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarından köçkün düşmüş insanlarımızın, İraqda, Suriyada türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib.. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. O cümlədən İraq türkləri ilə bağlı məsələlərdə deyərək bu bayraq ömrümün sonuna qədər mənimlə olacaq, Allah İraqdakı Türkmən qardaş-baclarımızı qorusun deyib. //Musavat.com