Tovuzda şəhidin ailəsinə yeni ev tikilir.
Musavat.com xəbər verir ki, rayonun Yuxarı Özysüzlü kəndinin sakini şəhidimiz Münasib Yusifovun ailəsi üçün yeni evin inşasına artıq başlanılıb.
Münasib Vətən Müharibəsinin qələbə ilə başa çatmasına cəmi 2 gün qalmış vətən uğrunda şəhid olub. Həm də Laçında, Şuşaya gedən yolda...
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş Münasibin ailəsi və onun döyüş xatirələri ilə bağlı reportaj hazırlamaq üçün Yuxarı Öysüzlü kəndinə yollanan zaman onun ata evini ziyarət edə bilməmişdik. Səbəb isə evin şəraitsiz olması idi. Şəhidimizin ailə üzvləri buna görə də evdə çəkiliş aparmağımızı istəməmişdi.
Şəhidimizin valideynləri və qohumları ilə söhbətimiz yas mərasimi üçün qurulan mağarda baş tutmuşdu.
Artıq qəhrəman Münasibin ailəsi onlar üçün tikilən evdə yaşayacaq.
Qeyd edək ki, Münasib Vətən Müharibəsində iki dəfə texnikası vurulsa da, kəllə-beyin travması alsa da döyüşə davam edib. Münasibin xəsarət aldıqdan sonra xəstəxanadan döyüşə qayıtdığını sübut edən arayış da ailəsinə təhvil verilib.
Həmin videoreportajı aşağıdakı linkdə izləyə bilərsiniz:
