|
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Tovuzda dəfn edilib FOTO

Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.

“Report” xəbər verir ki, o, doğulduğu rayonun Əsirik-Cırdaxan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.