Müğənni Nadir Qafarzadə "Fəlidən doğru xəbər" proqramının qonağı olub.
Sənətçi bir neçə il öncə qalmaqala səbəb olan "Professorun da, mənim də soyuducuma baxın. Mənim soyuducum doludur"- fikrindən danışıb.
"Soyuducum yenə də doludur. Mənə sual verdilər ki, kitab oxuyursan? Dedim, kitabı məktəbdə oxumuşam. İndi mahnı oxuyuram, soyuducum da doludur",- deyə, Qafarzadə sözlərinə aydınlıq gətirib.
Nadir "Maral" mahnısından sonra toylarının sayının çoxaldığını da bildirib.
