“Sefirin kızı” serialında rol alan aktrisa Neslihan Atagül xəstəxanalıq olub.
Sənətçi sürətlə arıqladığı üçün səhhəti pisləşib. Xəstəxanaya yerləşdirilən Atagülün sızan bağırsaq sindromundan əziyyət çəkdiyi məlum olub. Aktrisa sağlamlığı səbəbindən 10 gün serialın çəkilişlərinə qatılmayacaq.
Qeyd edək ki, Neslihan Atagül “Yaprak dökümü”, “Kara sevda” kimi məşhur seriallarda rol alıb.
