Ermənistan Müdafiə Nazirliyinin binasına soxulmağa cəhd göstərən vətəndaş saxlanılıb.
Bununla bağlı erməni mediası xəbər yayıb.
Bildirilir ki, 10 yanvar saat 21.30-da Kotaykski vilayətinin sakini özünün VAZ-2107 markalı avtomobili ilə keçid buraxılış məntəqəsini aşıraraq Müdafiə Nazirliyinin ərazisinə daxil olub. Sonra isə vətəndaş avtomobilini inzibati binanın qapısına çırpıb. Bundan sonra hərbi polis onu saxlaya bilib. Məlum olub ki, Q.V. döyüşlərdə itkin düşən hərbçinin atasıdır. Onun oğlu ilə əlaqənin oktyabr ayından kəsildiyi bildirilir. Ancaq bu faktlar onu xilas etməyib. Ermənistan Cinayət Məcəlləsinin 5 maddəsi ilə cinayət işi qaldırılıb.
Qeyd edək ki, Qarabağ döyüşlərində itkin düşən hərbçilərin valideynləri davamlı şəkildə Ermənistanda aksiyalar keçirirlər və hökumət qarşısında tələblər qoyurlar.
