Produser Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı bu dəfə bahalı ziynət əşyaları ilə gündəmə gəlib.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, misirli iş adamı Muhammed Alsaloussi ilə eşq yaşayan Şeyma yaşının gənc olmasına baxmayaraq üzərində sərvət dəyərində aksesuar daşıyır.
Onun bahalı ziynət əşyaları sosial mediada müzakirələrə səbəb olub. İstifadəçilər Subaşına “üstündə bir evin qiymətini daşıyır” kimi şərhlər yazıb onunla zarafat ediblər.
Şeymanın aksessuarların qiymətinin ümumilikdə 661 min lirə (153 min 219 manat) olduğu məlum olub.
