Türkiyə Superliqasında 18-ci turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, bu gün lider "Beşiktaş" səfərdə "Hatayspor"la qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb.
İstanbul klubu xal itkisinə baxmayaraq, 35 xalla liderliyini qoruyur. "Qalatasaray" 33 xalla 2-ci, "Fənərbaxça" 32 xalla 3-cüdür. 6-cı pillədə qərarlaşan "Hatayspor"un 28 xalı var.
"Hatayspor" - "Beşiktaş" - 2:2
Qollar: Abubakar, 6 (0:1), Boupendza, 7 (1:1), 23 (2:1), Larin, 41 (2:2)
