|
"Borussiya"da ciddi itki - Bir neçə ay oynamayacaq

Dortmund "Borussiya"sı ciddi itki ilə üzləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aksel Vitsel ciddi zədə alıb. Belçika millisinin üzvü Bundesliqanın 15-ci turunda "Leyptsiq"lə görüşdə (3:1) sıradan çıxıb.

Axil tendonunun (dabanın yuxarı, topuğun arxa hissəsi) cırılması qoyulan yarımmüdafiəçinin bir neçə ay meydana çıxa bilməyəcəyi qeyd olunub.