"Sevilya" baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləni yeniləyib.
Qol.az La Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin iyununa qədərdir. Onun əvvəlki müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Lopeteqi 2019-cu ilin iyun ayından İspaniya klubunu çalışdırır. Onun komandası hazırda La Liqada 30 xalla 6-cı pillədə qərarlaşıb.
