Rusiya Müdafiə Nazirliyi sülhməramlı missiyaya istinadən Qarabağdakı vəziyyətlə bağlı açıqlama yayıb.
Bildirilir ki, 10 yanvarda Qarabağda atəşkəs rejiminə əməl edilib. “Qaynar xətt”ə 574 müraciət ünvanlanıb. Sutka ərzində Ermənistandan daha 218 “qaçqın”ın qayıtdığını bildirən Rusiya tərəf bununla da Qarabağa qayıdanların ümumi sayının 48 459 nəfərə çatdığını qeyd edib. Ümumilikdə rusiyalı həkimlərin 1218 sakinə, o cümlədən 155 uşağa tibbi yardım göstərdiyi vurğulanır.
İndiyədək sülhməramlılar 479,2 hektar ərazini minadan təmizləyib.
