|
Kim Çenin Bayden barədə ilk şərhi: "ABŞ düşməndir!"

Şimali Koreya ABŞ-ı əsas düşmən hesab etdiyinə görə nüvə arsenalını təkmilləşdirməkdə davam etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə KXDR lideri Koreyanın Əmək partiyasının qurultayında deyib.

O, ABŞ-ı Pxenyana qarşı düşmənçilik siyasətindən imtina etməyə çağırıb.

Kim Çen İn nüvə silahından ABŞ-dan öncə istifadə etməyəcəyini də vəd edib. Buna baxmayaraq, o bildirib ki, ölkə ordunu, eləcə də nüvə arsenalını gücləndirməlidir, çünki ABŞ-ın KXDR-ə hücum riski güclənir.

Amerika mediası bunu Baydenin hakimiyyətə gəlməsi ilə bağlı Kim Çenin ilk şərhi kimi təqdim edib.