|
Amerikada Donald Trampın reytinqi artıb

“Amerika xalqı prezidentə rəğbət bəsləyir”

“Fars-news” agentliyi “The Rasmussen poll” adlı sorğu mərkəzinə istinadən xəbər verir ki, cümə günündən sonra Amerikada Donald Trampın reytinqi xalq arasında xeyli artıb.

İran agentliyi bildirir ki, bu sorğu mərkəzi 2020-ci ildə keçirilən prezident seçkiləri zamanı obyektiv yanaşması ilə seçilib.

“News Max” isə yazır ki, demokratların ortaya atdığı impiçment məsələsi gündəmə gəldikdən sonra rəy sorğusuna görə, amerikalıların 48 faizi prezidenti dəstəkləyir. Konqresin binasına yürüşdən bir gün sonra-cümə axşamı isə əhalinin 51 faizi prezidentə arxa durmuşdu. Yeni il ərəfəsində isə Donlad Trampı əhalinin 45 faizi müdafiə edirdi.

Aydın görünür ki, hər şeyə rəğmən Amerika xalqı prezident Donald Trampa rəğbət bəsləyir.

Elbəyi Həsənli, Sürix
FarsNews Agency Poll: Trump's Approval Rating Rises After DC Protests