|
"Aktrisalığa başlasam, botoks etdirməməliyəm"

Türkiyəli müğənni İrem Derici "Radyo Juke" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, İ.Derici aktrisalıq etməyə müsbət baxdığını bildirib:

 

"Aktrisalığa başlasam, botoks etdirməməliyəm. Özümü izləyəndə heç bəyənmədim. Səsim və üz ifadələrim yaxşıdır, amma qaşlarımın tərpənməməsini bəyənmədim".

Qeyd edək ki, İ.Derici sonuncu dəfə "Menejerimi ara" serialında rol alıb.