Aktrisa Naz Elmas ilk dəfə komediya janrlı layihədə yer alacaq.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, uzun müddətdir heç bir layihədə görünməyən aktrisa yenidən ekranlara qayıdır. Naz Şebnem Bozoklu və Çağlar Çorumlunun baş rollarını canlandırdığı "İyi Aile Babası"nda çəkiləcək.
Yeni layihəsi ilə bağlı açıqlama verən Elmas komediya janrında ilk dəfə özünü sınayacağını deyib.
