|
Asiya İnkişaf Bankının Azərbaycan ofisinə yeni direktor təyin edilib

Asiya İnkişaf Bankının (AİB) Azərbaycan ofisinə yeni direktor təyin edilib.

Bu barədə Trend-ə bankdan bildiriblər.

Həmin vəzifəyə Kendis Makdeyqan təyin olunub. O, vəzifələrinin icrasına bu aydan etibarən başlayıb. Azərbaycan ofisinə təyin olunmazdan əvvəl K.Makdeyqan AİB-in Qırğızıstan ofisinə rəhbərlik edib.

K.Makdeyqan Azərbaycan ofisinin rəhbəri vəzifəsində Nəriman Mannapbekovu əvəz edib.