Ağdaşda qadına qarşı soyğunçuluq edən şəxs yaxalanıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 5-də şəhər ərazisində xətt avtobusunda Mürsəl kənd sakini G.Əliyevanın çantasından içərisində 338 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Samux rayon sakini S.Həsənova Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
