|
Suqovuşandan 4 erməni hərbçinin meyiti tapıldı

Ermənilər döyüş zonasında meyitlərinin axtarışını davam etdirirlər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, axtarış qrupları daha 4 erməni hərbçinin meyitinin qalıqlarını aşkarlayıblar. Qarabağ ermənilərinin təmsilçisi Unan Tadevosyan deyib ki, meyitlər yanvarın 5-də Suqovuşan istiqamətində tapılıb. Bu gün axtarış işləri Talış-Suqovuşan istiqamətində davam etdirilir.

Digər axtarış qrupu isə Hadrut və Füzuli istiqamətində işləyir. Bu günədək Qarabağ erməniləri 1188 meyit toplaya biliblər.