|
Bakıda itkin düşən 12 yaşlı qız tapılıb

Bakıda itkin düşən 12 yaşlı Ləman Şahbazova tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, L. Şahbazova ailəsinə təhvil verilib.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.