Azərbaycan Prezidenti İlham Əliyev Anar Qabil oğlu Kərimovun Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə A.Q.Kərimov Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
