|
Bakıda sexdən 6 min manatlıq oğurluq olub

Bakıda sexdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-dən cari il yanvarın 4-dək olan müddətdə Binəqədi qəsəbəsi ərazisindəki qapı-pəncərə sexlərinin birindən 6000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini İ.Nəcəfov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.