|
Röya Nailə Mirməmmədlidən yazdı: “Biz öldü dedik, o isə... “

Xalq artisti Röya Ayxan ötən gün vəfat edən bəstəkar Nailə Mirməmmədlidən yazıb.

Musavat.com bildirir ki, müğənni sosial şəbəkədə bəstəkarın ölümünün ona ağır təsir etdiyini qeyd edib:
“Bu gün anamı itirdim! Hər şey o qədər qəfil baş verdi ki... Bizi qoyub getdin, mən indi nə edəcəm? Mənimlə bir yerdə bütün musiqisevərlər sənin üçün ağlayır. Biz öldü dedik, o isə oğlu və sevdiyi Hikmət müəllimlə qovuşdu. Dünyadan daha bir gözəl qadın köçdü. Əlvida...”

Xatırladaq ki, ötən gün bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ürək tutmasından vəfat edib.