Türkiyədə ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 79 miqrant saxlanılıb.
AZƏRTAC xəbər verir ki, miqrantlardan 53-ü Muğla vilayətinin Marmaris və Bodrum, 26-ı isə Çanaqqala vilayətinin Ayvacık rayonlarında ələ keçirilib.
Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan bu şəxslərin müxtəlif rezin və mühərrikli qayıqlar vasitəsilə Yunanıstana keçmək istədikləri müəyyən edilib.
Aralarında qadınlar və uşaqlar da olan miqrantlar tibbi müayinədən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.
