|
İki futbolçunun "Səbail"dən ayrılması rəsmiləşdi

Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" komandası iki futbolçusu ilə yollarını rəsmən ayırıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, Murad Qayalı ilə qarşılıqlı razılıq əsasında müqaviləni pozan paytaxt təmsilçisi "Sabah"dan cari mövsümün sonunadək icarəyə götürdüyü Arsen Ağcabəyovu da geri qaytarıb.

Qeyd edək ki, "Səbail"in baş məşqçisi Aftandil Hacıyev daha əvvəl Əli Sadıxov və Orxan Qurbanlı ilə da vidalaşdıqlarını açıqlayıb.