|
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda maşın piyadanı vuraraq öldürüb. 

APA-nın məlumatına görə, hadisə şəhərin Sülh küçəsində baş verib. 

Yolu keçmək istəyən piyada, 1987-ci il təvəllüdlü Yusifov Asif Yusif oğlunu "Opel" markalı avtomobil vurub.  

Hadisə nəticəsində piyada dünyasını dəyişib. Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.