|
Milli Məclisin payız sessiyasının sonuncu iclası başlayıb

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Sədr bildirdi ki, gündəlikdəki ilk məsələ “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Qanun layihəsini üçüncü oxunuşda təqdim edən deputat Əli Məsimli layihə ilə bağlı birinci və ikinci oxunuşlarda heç bir təklifin daxil olmadığını bildirdi və üçüncü oxunuşda qəbul olunmasını xahiş etdi. Deputatlar yekdilliklə qanun layihəsini qəbul etdilər.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi layihəsi (hüçüncü oxunuş)  barədə komitə sədri Tahir Mirkişili məlumat verdi. Təqdimatdan sonra layihə üçüncü oxunuşda səsə qoyuldu və təsdiqləndi.

Plenar iclas öz işini davam etdirir.