|
Türkandakı torpaq mafiyası tanınmış iş adamlarına da “atıb”

Hüquqşünas: “Bu o deməkdir ki, faktiki olaraq Bahadır və Bibiqulu Qasımovlar da, Yaqub Hüseynov da aldadılmış durumdadırlar”

Bakının Türkan qəsəbəsində vətəndaşların bağ torpaq sahələrinin dələduzluq sxemi üzrə ələ keçirilməsi və həmin torpaq sahələrinin satılması hazırda geniş müzakirə mövzusudur. Məsələnin mahiyyəti budur ki, Türkan qəsəbə sakinləri – 81 yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanovanın bağ torpaq sahələri onlaırn xəbəri olmadan satılıb. Araşdırmalar zamanı üzə çıxıb ki, torpaq sahələrinin sahibləri haqda saxta ölüm şəhadətnamələri düzəldilib, aldatma yolu ilə övladlarından baş etibarnamə alınıb. Bundan sonra torpaq sahəsi Çingiz Səfərovun adına keçirilib və Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov tərəfindən satılıb.

Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın olur ki, istintaq tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə məktub ünvanlanıb. Bu zaman daha bir saxtakarlıq üzə çıxıb.

Məlum olub ki, Xumara Şabanovanın və Əzizəxanım Atayevanın adına olan bağ torpaq sahələri  Türkan qəsəbəsi “Bağlar məscidi” deyilən ərazidə yerləşir. Onların adına olan torpaq sahələri ələ keçiriləndən sonra sənədləri ilə bağlı da saxtakarlıq olub. Torpaqları ölkədə tanınan iş adamı Yaqub Hüseynova satarkən yerləşməsi düzgün göstərilməyib. Yəni Atayevanın və Şabanovanın torpaqları faktiki olaraq Türkan qəsəbəsində birbaşa dəniz sahilində deyil, sahildən təxminən 300-500 metr kənarda yerləşir. Yaqub Hüseynova isə həmin torpaqlar Atayevanın və Şabanovanın müvafiq sənədləri ilə satılsa da, faktiki olaraq onu da aldadıblar.

Türkanda torpaq mafiyasının yeni cinayəti

Türkan qəsəbəsinin digər sakini Ağasadıq Vəlibəyovun bağ torpaq sahəsi də eyni dələduzluq sxemi üzrə ələ keçirilib və ölkədə tanınan iş adamları olan Bibiqulu və Bahadır Qasımov qardaşlarına satılıb. Ağasadıq Vəlibəyovun torpağı da sahildən 300-500 metr kənar yerləşsə də, Qasımovlara onun torpağının sənədi verilib, torpağın yerləşməsi kimi dəniz sahili göstərilib.

Bu o deməkdir ki, faktiki olaraq bu gün Bahadır və Bibiqulu Qasımovlar da, “Bridge Group of Companies” Müşahidə Şurasının sədri Yaqub Hüseynov da aldadılmış durumdadırlar.

Müşahİdə Şurası - SABAH FC

Yaqub Hüseynov

Onlara verilən sənədlər saxta olmaqla yanaşı həm də faktiki olaraq aldıqları ərazi ilə üst-üstə düşmür.

Yaranmış durumda aldadılmış iş adamları nə etməldir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, yaranmış durumda iş adamları istintaqa üz tutmalıdır: “Baş Prokuroluğun bu səs-küylü dələduzluq əməlləri ilə bağlı yaydığı 25 dekabr tarixli rəsmi məlumatdan aydın oldu ki, həmin torpaqlar dövlətə məxsusdur. Bu halda isə vicdanlı alıcı məsələsi də rol oynamır. Çünki dövlət fondunun balansında olan torpaq sahəsinə heç bir halda torpağın sahiblik növünə, yəni xüsusi mülkiyyət növündə vicdanlı alıcı prinsipi ilə yanaşmağ qanunvericilik yol vermir. Torpağın Dövlət Fondundan digər - yəni xüsusi mülkiyyət və ya bələdiyyə fonduna daxil edilməsi yalnız Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən ola bilər”.

Baş Prokurorluğun əlaqə vasitələri

Hüquqşünas deyib ki, Baş Prokurorluğun açıqlamasından da aydın olur ki, dələduzluq obyekti olan torpaq sahələri real dəyərindən dəfələrlə ucuz satılıb: “Belə ki, dəniz sahilindən 50-100 metr məsafədə olan 0,25 ha torpaq sahəsinin 22 min manata satılması məntiqdən və reallıqdan çox uzaqdır. Bunu alıcılar da bilməmiş deyil. Odur ki, alıcının kimliyindən və sosial mənşəyindən asılı olmayaraq həmin şəxs vicdanlı alıcı hesab edilə bilməz”.

Hüquqşünas deyib ki, ortada olan faktlar onu deməyə əsas verir ki, bu gün Türkan qəsəbə sakinləri olan torpaq sahibləri ilə yanaşı alıcılara da külli miqdarda ziyan vurmaqla dələduzluqla üz-üzədirlər: “Azərbyacan qanunlarına görə dəniz sahili boyu olan torpaqlar heç bir halda xüsusi mülkiyyətə verilə bilməz.Bu gün Türkan qəsəbəsində baş verənlər cinayətdir və dövlət orqanları bu cinayətləri araşdırmalıdırlar. Hər kəs üçün aydın təsəvvür olsun deyə qeyd edim ki, türkanda baş verənlər Dənizkənarı Milli Parkıın ərazisinin Nəsimi rayonu ərazisində yerləşən torpaq sahəsinə aid sənədlərlə ələ keçirməyə bənzəyir. Yəni sənəd Nəsimi rayonu ərazisinə verilib, amma tikinti Dənizkənarı Milli Parkın ərzisində aparılır. Bu da aydın məsələdir ki, mümkün deyil. İş adamlarından böyük pullar almaqla, rəsmiləşmədə cüzi məbləğlər göstərilməklə faktiki olaraq Türkan bulvarı satılıb. Bu da yolverilməzdir, qanunla qadağandır. Bu gün həmin torpaqların alıcıları qanunla vicdanlı alıcı deyillər. Çünki həmin torpaqlar Dövlət Fonduna aiddir və satıla, özgəninkiləşdirilə bilməz”.