|
Dekabrın 30-da COVID-19 peyvəndlərinin ilk hissəsi Çindən Türkiyəyə gətiriləcək

Çindən Türkiyəyə gətiriləcək COVID-19 peyvəndlərinin ilk hissəsi sabah gətiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türk Hava Yolları aviaşirkətindən bildirilib.

Məlumatda peyvəndlərin dekabrın 30-da Pekin-İstanbul reysi ilə İstanbul hava limanına gətiriləcəyi bildirilib.