|
Dünya şöhrətli modelyer Pyer Karden vəfat edib

Dünya şöhrətli fransız modelyer Pyer Karden 98 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə “France Presse” onun ailəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, P. Karden Paris ətrafında yerləşən xəstəxanalardan birində dünyasını dəyişib.