|
Soçidə Lavrov və Çavuşoğlu arasında görüş başlayıb FOTO

Soçidə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, görüş Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısı çərçivəsində keçirilir.