|
Onlar “Kim milyonçu olmaq istəyir”də yarışacaqlar

Türkiyədə yayımlanan və Kenan İmirzalıoğlunun aparıcısı olduğu “Kim milyonçu olmaq istəyir” yarışmasında dəyişiklik baş verəcək.

 

Axşam.az türk mətbuatına istinadən bildirir ki, intellektual yarışın Yeni İl buraxılışında bu dəfə məşhur müğənnilər yarışacaq.

Bu ifaçılar arasında Emel Müftüoğlu, Serdar Ortaç və Burak Kut  var.

Onların yarışmadan əldə etdikləri pul Uşaq Evlərinə ianə ediləcək.