Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova bildirdi ki, iclasın gündəliyində 12 məsələ var və ilk 9 məsələ büdcə zərfinə daxil olan qanun layihələridir. Qeyd olundu ki, büdcə zərfinə daxil olan məsələlər ikinci oxunuşda müzakirəyə çıxarılır.
Komitə sədri Tahir Mirkişili 2021-ci ilin büdcəsində xərclər 1 milyard 303 milyon manat artırlıb. Büdcə kəsirinin isə 3 milyard olacağı proqnozlaşdırılır. T.Mirkişili qeyd etdi ki, büdcədə neftin qiymətinin 40 dollar olması nəzərdə tutulub. 2021-ci ilin büdcə layihəsində hərbi xərclər 500 milyon, sosial yönümlü xərclər 563 milyon manat artırılıb. Komitə sədri qeyd etdi ki, ilk oxunuşda 36 deputat çıxış edib. Komitə rəhbəri qanun layihəni ikinci oxunuşda da dəstəkləməyə çağırdı.
İclas hökumət üzvlərinin iştirakı ilə öz işini davam etdirir.
