|
Keçmiş sevgililər yenidən bir araya gəlir?

Məşhur komediya ustası Cem Yılmaz yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, bir müddət əvvəl aparıcı Saadet Özsırkıntı ilə eşq yaşadığı deyilən Cem gözlənilməz addım atıb.

Belə ki, onun keçmiş sevgilisi Hare Sürel paylaşımına yazdığı rəy sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Cem Harenin “Hələlik xoşbəxt anlarım” adlı paylaşımına “Hələlik xoşbəxt anlarım, mükafata layiq görülən film adı kimidir” sözlərini yazıb.

Bundan sonra ikilinin yenidən eşq yaşamağa başladığı haqqında şayiələr yayaılıb.

Qeyd edək ki, Cem Yılmaz və Hare Sürel 2009-cu ildə sevgili  olub, qısa müddət sonra isə ayrılıblar.