Dünyada sürətlə yayılan koronavirus səbəbi ilə mühüm hesab edilməyən bütün cərrahi əməliyyatlar təxirə salınıb. Buna baxmayaraq, türkiyəli model Özge Ulusoy yenə də plastik əməliyyat etdirib.
Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, model əməliyyat masasına yataraq burun əməliyyatı etdirib.
37 yaşlı Özge plastik əməliyyatı hamıdan gizlətməyə çalışıb. O həkimini bu haqda heç bir yerdə danışmaması üçün tənbeh edib.
Qeyd edək ki, bir müddət əvvəl verilişlərdən birinə qonaq olan Ulusoy plastik əməliyyat etdirmədiyini sadəcə dodaq dolğusu istifadə etdiyini deyib.
