|
Santa Klausa görə Belçikada 18 qoca öldü

Belçikada qocalar evində koronavirusa yoluxmuş şəxslərdən 18 nəfəri ölüb.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” qəzeti yazıb.

Xatırladaq ki, bir müddət əvvəl Belçikada Santa Klaus qocalar evində Yeni il şənliyi təşkil etmişdi. Tədbirdən dərhal sonra məlum olmuşdu ki, qocalar evinin bütün sakinləri koronavirusa yoluxub.

Araşdırma zamanı tədbirdə epidemiya əleyhinə təhlükəsizlik tədbirlərinə riayət edilmədiyi, tibbi maska taxılmadığı, sosial məsafəyə əməl olunmadığı ortaya çıxıb.