|
Deputat nazirliyin adının dəyişdirilməsini təklif etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti əhali arasında kifayət qədər rəğbətlə qarşılanır, bu qurum kifayət qədər populyardır. Deputat Aydın Hüseynov bu fikri Milli Məclisin plenar iclasında söylədi.

Ardınca A.Hüseynov maraqlı bir təşəbbüslə çıxış etdi: “Bəlkə bu nazirliyin adı dəyişdirilsin, bir az sadələşdirilsin. Məsələn, Əmək Nazirliyi, Sosial İşlər Nazirliyi, yaxud Sosial Nazirlik ola bilər. Bu, sadəcə mənim fikrimdir”.